“Azeri Light”ın qiyməti 65 dolları ÖTÜB

12:04 08.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dollar azalıb.

Hafta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,46 % artaraq 65,1 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.